...

Bakıda Turizm Sammiti keçiriləcək

Turizm Materials 28 Noyabr 2022 17:27 (UTC +04:00)
Bakıda Turizm Sammiti keçiriləcək

Bakı. Trend:

Dekabrın 8-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə “Azərbaycan Turizm Sammiti-2022” tədbiri keçiriləcək.

Dövlət Turizm Agentliyindən Trend-ə bildirilib ki, tədbirdə “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti” və “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularına həsr olunmuş 4 panel çərçivəsində müzakirələr aparılacaq.

Bakı Konqres Mərkəzində reallaşacaq tədbirdə turizm sənayesinin üzvləri, dövlət və özəl sektor nümayəndələri iştirak edəcək.

Tədbirdə iştirak etmək üçün dekabrın 4-də saat18:00-dək https://bit.ly/3GNPmsb linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti