...

Bu il Azərbaycanda turizm sahəsinin inkişafında mühüm il olacaq - Euronews

Turizm Materials 11 Mart 2023 11:03 (UTC +04:00)
Bu il Azərbaycanda turizm sahəsinin inkişafında mühüm il olacaq - Euronews
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Azərbaycanda turizm sektorunun inkişafında mühüm olacaq.

Trend-in məlumatına görə, bu barədə Euronews.com xəbər portalındakı məqalədə deyilib.

"Azərbaycan Avropa ilə hava nəqliyyatını açmaqla və vizaların verilməsini asanlaşdırmaqla turizmin inkişafı üçün mühüm bir ilə hazırlaşır, belə ki, bu milyonlarla səyahətçiyə ölkənin görməli yerlərindən və nəfəs kəsən mənzərələrindən zövq almaq imkanı verəcək", - məqalədə deyilir.

Məqalədə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmiddən sitat gətirilərək Azərbaycanın turizm sənayesinin "çox aktiv və parlaq olduğu" qeyd olunur.

"Biz Azərbaycanın biomüxtəlifliyi ilə çox qürur duyuruq. Landşaft və iqlim zonalarının çoxobrazlılığı insanı valeh edir. Son illər ərzində bir çox yeni layihə işlənib hazırlanıb və inkişaf istiqamətləri müəyyən edilib: yeni hotellər açılıb, turizm infrastrukturu əhəmiyyətli dərəcədə genişlənib", - F.Zenqstşmid deyib.

Xatırladaq ki, ötən il Azərbaycana 1,6 milyondan çox xarici vətəndaş səfər edib ki, bu da 2021-ci ilin göstəricisindən (790 062) iki dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti