...

Azərbaycanla Meksikanın turizm əlaqələrinin inkişaf perspektivləri ətrafında görüş

Turizm Materials 25 İyun 2023 16:49 (UTC +04:00)
Azərbaycanla Meksikanın turizm əlaqələrinin inkişaf perspektivləri ətrafında görüş

Bakı. Trend:

Azərbaycanla Meksikanın turizm əlaqələrinin inkişaf perspektivləri bu gün Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımovla Meksikanın Azərbaycandakı səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə müzakirə olunub.

Trend bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə iki ölkə arasında ekoturizm, macəra turizmi və idman turizmi ilə bağlı birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü barədə fikir mübadiləsi aparılıb.

Səfir ölkələrinin etnik xalqı olan və uzun məsafələrə qaçış qabiliyyəti ilə tanınan Raramuri haqqında məlumat verərək, hər il Meksikada bu xalqın qaçış marafonu keçirdiyini və gələn ay da ənənəvi olaraq 27-ci idman marafonunun təşkil olunacağını qeyd edib. O, marafonun bundan əvvəl Avstriyada keçirildiyini və dünyanın müxtəlif ölkələrindən çoxsaylı turistlərin və idmançıların yarışda iştirakından bəhs edib, sözügedən ultramarafonun Azərbaycanda keçirilməsi barədə təkliflə çıxış edib və bunun qarşılıqlı turist səfərlərinin artmasına töhfəsini verəcəyini qeyd edib.

K.Qasımov öz növbəsində idman turizminin ölkələr arasında turist axınına olan müsbət təsirini vurğulayaraq, Azərbaycanda keçirilmiş Milli Yaylaq Festivalı, Bakı Marafonu, eləcə də ölkəmizin qədim milli idman növləri olan zorxana və çovqan haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, Meksika vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş "e-visa" sistemi tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti