Bakı. Trend:
İtaliyada yol ortasında polislə silahlılar arasında atışma qeydə alınıb.
Trend xəbər verir ki, hadisə cənubdakı Apuliya vilayətində, Leççe və Brindizi şəhərlərini birləşdirən şosedə baş verib.
Məlumata görə, silahlı şəxslər yanan avtomobildən blokpost kimi istifadə edərək zirehli furqonu dayanmağa məcbur edib və daha sonra içindəkiləri qarət etmək üçün onu partladıb.
Hadisə zamanı silahlılarla polis əməkdaşları arasında atışma da qeydə alınıb.
