...

Almaniyada “Volksbank”ın filialı qarət edildi

Turizm Materials 15 Fevral 2026 10:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Ştur şəhərində yerləşən Volksbank bankının filialı üç naməlum şəxs tərəfindən qarət olunub.

Trend xəbər verir ki, bu barədə Bild qəzeti polisə istinadən məlumat yayıb.

Qarət iki gün əvvəl nahar fasiləsi zamanı baş verib. Cinayətkarlar işıq lüku vasitəsilə bankın zirzəmisinə daxil olaraq 14 seyf qutusunu açıblar.

Hadisə yalnız bankın müştəriləri və əməkdaşları səhhətlərinin pisləşməsi və ürəkbulanma şikayətləri ilə üzə çıxıb. Sonradan məlum olub ki, qarətçilər zirzəmiyə naməlum maddə püskürdüblər.

Qarət nəticəsində dəymiş ziyanın məbləği hələlik açıqlanmayıb. Polis faktla bağlı araşdırmaya başlayıb.

Xəbər lenti

Xəbər lenti