Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 17-də saat 19.40-dan 19.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
