Azərbaycan, Bakı, 21 noyabr /Trend/
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 20-də saat 23.40-dan 23.45-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.00-dan 21.10-dək və noyabrın 21-də saat 00.47-dən 00.57-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Ordusu, həmçinin noyabrın 210nə keçən gecə saat 01.00-dan 01.05-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir
