...

Yol polisi Azərbaycanda yağmurlu hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib

Cəmiyyət Materials 28 Oktyabr 2011 16:12 (UTC +04:00)
Yol polisi yağmurlu hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.
Yol polisi Azərbaycanda yağmurlu hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Yol polisi yağmurlu hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev cümə günü Trend-ə bildirib ki, sürücülər yağışlı və dumanlı havalarda sürət həddini metroloji və hava şəraitinə uyğun seçməli, günün qaranlıq vaxtı xüsusilə diqqətli olmalıdırlar.

"Bir çox rayonlararası yollarda piyadaların əksəriyyəti yol çiyni ilə yox, yolun hərəkət hissəsi ilə gedir. Bu səbəbdən də bir çox hallarda piyada vurulması hallarına rast gəlinir", - Əliyev deyib.

Şöbə rəisinin sözlərinə görə, dünən Bakıda qeydə alınan 7 yol nəqliyyat hadisəsindən 3-ü, respublikanın rayonlararası yolllarındakı 5 hadisədən 2-si piyadaların vurulması ilə nəticələnib.

Əliyev qeyd edib ki, "Yol hərəkəti haqqında" qanunun tələbinə görə, piyadalar nəqliyyat axınına qarşı hərəkət etməlidirlər.

İdarə piyadalara yağmurlu havalarda yolun hərəkət hissəsinə çıxmamalarını tövsiyə edir.

İdarə sözçüsü sürücülərə yağışlı havalarda gölməçə olan yollardan keçəndə ehtiyatlı olmalarını, sürəti azaltmalarını tövsiyə edir.

"Sürücülər çalışmalıdır ki, yollardakı gölməçələrdən keçərkən suyu piyadaların üstünə sıçratmasınlar", - Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti