...

"Azərbaycan Dəmir Yolları" respublikanın cənub bölgələrinə hərəkəti bərpa edir

Nəzər nöqtəsi Materials 14 İyun 2010 17:25 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) dəmir yolunun Şirvan - Astara hissəsində hərəkətin bərpa edilməsi üzrə təmir işlərinə başlayıb. Bu il mayın 9-da Kür çayında suyun qalxması nəticəsində, həmin ərazidə hərəkət dayandırılıb. Bu barədə bazar ertəsi QSC-nin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib.
"Azərbaycan Dəmir Yolları" respublikanın cənub bölgələrinə hərəkəti bərpa edir

Azərbaycan, Bakı, 14 iyun /Trend/

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) dəmir yolunun Şirvan  - Astara hissəsində hərəkətin bərpa edilməsi üzrə təmir işlərinə başlayıb. Bu il mayın 9-da Kür çayında suyun qalxması nəticəsində, həmin ərazidə hərəkət dayandırılıb. Bu barədə bazar ertəsi QSC-nin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun dediyinə görə, QSC gücləndirilmiş iş rejimində işləyir.

Hazırda Osmanlı - Azadkənd mənzilində dəmir yolu bərpa edilib. Bunun üçün 120 vaqon çınqıl gətirilib.

Su səviyyəsinin artması ilə əlaqədar dəmir yolunun 15-ci kilometrində, Azadkənd - Salmanlı mənzilinin 19-cu, 21-ci ( 2 yerdə) və 24-cü kilometrlərində subasmanın qarşısını almaq və suyu digər istiqamətə ötürmək üçün dəmir yolu yatağı 5 yerdən yarılıb. Sonradan yarılan yol yatağı xeyli genişlənmiş, həmin istiqamətdə 23 kilometrə yaxın yolun torpaq yatağı çökməyə məruz qalıb.

Ümumilikdə təmir-bərpa işləri çərçivəsində yolun 54-cü kilometrliyində133 metrlik körpünün zədələnmiş tağlarının dəyişdirilməsi, üst quruluş elementlərinin  quraşdırılması, 23 km məsafədə torpaq yatağında yaranmış birtərəfli yatmaların ləğv olunması, hər birinin uzunluğu 10,5 metr, diametri 1,78 metr olan 6 ədəd metal borunun qoyulması nəzərdə tutulub.
Həmçinin, 38 kilometr uzunluğunda rabitə və 2 kilometr uzunluğunda siqnal kabellərinin və 8 kilometr məsafədə hava rabitə xəttinin yıxılmış ağac dirəklərinin dəyişdirilməsi həyata keçiriləcək.

Bu işlərlə yanaşı, təbii fəlakət zonasına 1 200 vaqon çınqıl, dəmir-beton məmulatları və iri daşlar göndərilib.

Xəbər lenti

Xəbər lenti