...

QHT rəhbəri: Konstitusiyaya dəyişikliklər Azərbaycanın sabit inkişafına xidmət edəcək

Nəzər nöqtəsi Materials 6 Sentyabr 2016 10:49 (UTC +04:00)
Konstitusiyaya təklif edilən dəyişikliklər Azərbaycanın sabit inkişafına xidmət edəcək idarəçilik sisteminin təkmilləşdirilməsinə töhfə verəcək.
QHT rəhbəri: Konstitusiyaya dəyişikliklər Azərbaycanın sabit inkişafına xidmət edəcək

Bakı. Trend:

Konstitusiyaya təklif edilən dəyişikliklər Azərbaycanın sabit inkişafına xidmət edəcək idarəçilik sisteminin təkmilləşdirilməsinə töhfə verəcək.

Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında "Düşüncə" Gənclərin İnkişafına Dəstək " İctimai Birliyin sədri, ekspert Emil Hüseynli bildirib.

E.Hüseynli bildirib ki, bu əlavə və dəyişikliklər mövcud iqtisadi və siyasi çağırışlar, geosiyasi proseslər fonunda Azərbaycanın dayanıqlı inkişafına xidmət edir: "Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərdə insan hüquqı və azadlıqlarının genişlənməsi, qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsi, həmçinin prezidentlik institutunun gücləndirilməsi nəzərdə tutulur. Təkcə dəyişikliklərin 60 faizdən çoxu insan hüquq və azadlıqlarının genişləndirilməsi ilə bağlıdır. Konstitusiyaya yaş senzinin götürülməsinə dair ediləcək dəyişikliklər savadlı, potensiallı gənclərin siyasi fəallığına, onların daha geniş ifadəsinə də imkan yaradacaq".

QHT rəhbəri hesab edir ki, bu gün dünyada sürətli iqtisadi və siyasi proseslər Azərbaycanda çevik idarəçilik sisteminin daha da təkmilləşdirilməsi zərurətini yaratdığından, Konstitusiyaya dəyişiklikləri qaçılmaz edib: "Hamı çox gözəl görür ki, dünya operativ, daha cəld idarəçilik sisteminə keçib. Hesab edirəm ki, Konstitusiyaya ediləcək dəyişikliklər Azərbaycanın idarəçilik ənənələrinə yenilik gətirəcək və uğurlu islahatlara zəmin yaradacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti