...

Səfir: ABŞ neft-qaz sahəsində Azərbaycanla əməkdaşlığını davam etdirəcək

Nəzər nöqtəsi Materials 14 Sentyabr 2017 12:21 (UTC +04:00)
ABŞ neft-qaz sahəsində Azərbaycanla əməkdaşlığını və ölkənin inkişafına dəstəyini davam etdirəcək
Səfir: ABŞ neft-qaz sahəsində Azərbaycanla əməkdaşlığını davam etdirəcək

Bakı. Azad Həsənli - Trend:

ABŞ neft-qaz sahəsində Azərbaycanla əməkdaşlığını və ölkənin inkişafına dəstəyini davam etdirəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O deyib: “Azərbaycan enerji ehtiyatlarının hasilatında yeni dövrə qədəm qoyur və biz bu sahədə əməkdaşlığımızın davam etməsini səbrsizliklə gözləyirik. ABŞ əsas neft-qaz layihələrində Azərbaycanın uzunmüddətli tərəfdaşı olub və olmaqda davam edəcək”.

Onun sözlərinə görə, ABŞ hələ 90-cı illərdən Azərbaycanda və Xəzərdə hasilat işlərini dəstəkləyib.

Səfir bildirib ki, neft-qaz ehtiyatlarının hasilatının (Azərbaycanda) əhəmiyyəti və dünya enerji təhlükəsində rolu ABŞ prezidenti Donald Tramp və dövlət katibi Reks Tilerson tərəfindən də qeyd olunub.

R.Sekuta qeyd edib ki, ABŞ Bakı-Tbilisi-Ceyhan layihəsində maliyyə və siyasi dəstəyi göstərib, Amerika şirkətləri isə texnologiya mübadiləsi aparıb, təcrübəsini bölüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti