...

Nazir müavini: Bəzən işbazlar ailədaxii münaqişələrdən əziyyət çəkən uşaqların əməyindən istifadə edirlər

Nəzər nöqtəsi Materials 20 Noyabr 2017 12:32 (UTC +04:00)
Cəmiyyətdə istər-istəməz belə hallara rast gəlinir ki, bəzən ailədaxii münaqişələrdən əziyyət çəkən və özünü tam müdafiə edə bilməyən uşaqlar ailələrindən aralanaraq böyük şəhərlərə gedirlər və ayrı-ayrı işbazlar da onların əməyindən istifadə edir.
Nazir müavini: Bəzən işbazlar ailədaxii münaqişələrdən əziyyət çəkən uşaqların əməyindən istifadə edirlər

Bakı. İlhamə İsabalayeva – Trend:

Cəmiyyətdə istər-istəməz belə hallara rast gəlinir ki, bəzən ailədaxii münaqişələrdən əziyyət çəkən və özünü tam müdafiə edə bilməyən uşaqlar ailələrindən aralanaraq böyük şəhərlərə gedirlər və ayrı-ayrı işbazlar da onların əməyindən istifadə edir.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

Nazir müavini qeyd edib ki, qanunvericilikdə belə hallara yol verən işbazlara qarşı lazımi cəza tədbirlərinin görülməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, Azərbaycan az ölkələrdən biridir ki, onun hüquq-mühafizə orqanlarında azyaşlıların hüquqlarını qorumaq üçün xüsusi inspeksiyalar fəaliyyət göstərir: "Bu qurumlar tərəfindən azyaşlıların pis təsir altına düşməməsi, onların təhsil, idman, istirahət hüququnun mühafizəsi üçün lazımi işlər görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti