...

Hansı ölkələr sanksiya rejimində İrana neft ixracında kömək edə bilər?

Nəzər nöqtəsi Materials 3 Oktyabr 2018 15:53 (UTC +04:00)
Noyabrın 4-də, ABŞ-ın İran neftinin idxalına sanksiyalarının qüvvəyə mindiyi gün İran neft ixracatı baxımından çox çətin mövqeyə düşəcək
Hansı ölkələr sanksiya rejimində İrana neft ixracında kömək edə bilər?

Bakı. Ləman Zeynalova – Trend:

Noyabrın 4-də, ABŞ-ın İran neftinin idxalına sanksiyalarının qüvvəyə mindiyi gün İran neft ixracatı baxımından çox çətin mövqeyə düşəcək.

Bunu Trend-ə Enerji, Təbii Ehtiyatlar və Geosiyasət Mərkəzinin direktoru, Qlobal Təhlükəsizlik Təhlili İnstitutunun aparıcı eksperti, “International Market Analysis” şirkətinin təsisçisi Ariel Koen deyib.

Onun sözlərinə görə, İran neft satışından ABŞ dolları ilə vəsait əldə etməyəcək:

“Bu sanksiyaları pozmağa çalışan müxtəlif ölkələrin şirkət və mərkəzi banklarına təkrar sanksiyalar tətbiq olunacaq”.

A.Koen qeyd edib ki, İran həm neft satışı baxımından çətinliklərlə, həm də ölkədaxili problemlərlə üzləşəcək:

“Ölkənin gəlirləri azalacaq və bu da problemlərə, etiraz aksiyalarına, iğtişaşlara səbəb ola bilər”.

Ekspert hesab edir ki, bütün bunlara görə də İran Yaxın Şərq siyasətini dəyişdirməsi və ya davam etməsi barədə strateji qərar qəbul etməli və beynəlxalq ictimaiyyətlə, həmçinin ABŞ və Tramp administrasiyası ilə işləməlidir.

A.Koen əlavə edib ki, sanksiyadan yan keçmək və Rusiya, Türkiyə, eləcə də Qətər kimi ölkələr vasitəsilə neft satmaq cəhdləri olacaq:

“Amma uzunmüddətli perspektivdə çox az ölkə və şirkət ABŞ sanksiyalarına məruz qalmaqda maraqlı olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti