...

Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar

Nəzər nöqtəsi Materials 19 Fevral 2019 12:50 (UTC +04:00)
Bəziləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan addımları öz adlarına çıxırlar. Həmin şəxslər xalqı aldatmaq üçün belə edirlər.
Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar

Bakı. Elçin Mehdiyev - Trend:

Bəziləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan addımları öz adlarına çıxırlar. Həmin şəxslər xalqı aldatmaq üçün belə edirlər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O qeyd edib ki, İlham Əliyev prezident seçildiyi gündən islahatların keçirildiyini bəyan etmişdi:

“Ayrı-ayrı sahələrdə insanların təminatı ilə bağlı proqramlar hazırlanmışdı. Lakin bəziləri ucuz düşüncə tərzi ilə insanları aldatmaq, ölkə başçısının atdığı addımları öz adlarına çıxmaq istəyirlər. Bu, onların naşılığıdır. Həmin insanlar vaxtilə büdcəni talamaqla məşğul idilər”.

S.Novruzov vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində yerlərdə emal müəssisələri açılır, çox böyük proqramlar, vergi və gömrük orqanlarında islahatlar həyata keçirilir: “Vətəndaşlar atılan addımları müsbət qarşılayır. Bu addımlar kiminsə yürüş və ya piket keçirməsinin nəticəsi deyil. Həmin şəxslər, əksinə, bu layihələrin həyata keçirilməsini istəmirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti