• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Nəzər nöqtəsi

Arif Hacılı hər gün özünü də, Müsavatı da daha çox batırır - Rauf Arifoğlu

19 Noyabr 2019 18:08 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Hamı onu ittiham edir. Silahdaşları, tərəfdaşları, tərəfdarları olmuş şəxslər onu istefaya çağırır. Alman və Azərbaycan mətbuatı ondan yazır, “yutub” kanalları ondan veriliş verir, tamah məqsədi ilə Avropaya siyasi mühacir göndərməsi və onun qurduğu cinayət şəbəkəsi haqda iddialar ortalıqda meydan sulayır. O qədər rəzil bir durumdur ki, gerçək müsavatçıların vicdan və can ağrılarını sözlə ifadə etmək mümkünsüzdür. Adam hər gün özünü də, Müsavatı da daha çox batırır...

Trend-in məlumatına görə, bunu "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyası başqanı Arif Hacılının sözügedən qəzetə qarşı ittihamlarına cavab verərəkən deyib.

Baş redaktor bildirib ki, radikal müxalifətin anası Xədicə İsmayıl başda olmaqla, özünü "gerçək" müxalifət sayan bir çoxları Arif Hacılını ələ salır, "istefa", deyə, məzələnir, status yazır, şəbədə edir. Alman polisi bunun adamlarını həbs edir, arayış verdiklərini təyyarəyə mindirib geri qaytarır, adı cinayət dosyelərində, qəzet manşetlərindədir. Proses böyüsə, Almaniya hökuməti Müsavat Partiyasının bağlanması məsələsini qaldıracaq:

"Bir sözlə, Azərbaycan cəmiyyəti və Avropadakı mühacirlərin çoxu cənab Hacılını eşşəyə tərs mindiriblər. O isə bütün bunları - xədicələri, alyaları, almanları, tərs mindirildiyi eşşəyin üstündəki halını görməzdən gəlir. Bizə yüklənir. "Yeni Müsavat" bizə qarşı kampaniya aparır, deyir... Alman polisini də bu hakimiyyət idarə edirmiş, söyləyir. "Kim harada nə etsə də, bilin ki, arxasında bu hakimiyyət durur" - deyib, gülünc bir fikrə mətərislənir. Tam qərəz, kor bir nankorluqdur. Çünki bu hadisələr partlaq verəndən bəri bir kəlmə belə yazmadım. Heç yerə açıqlama vermədim. Bir zamanlar canım-həyatım bahasına qurduğum və böyütdüyüm bir partiya mövzubahis idi, ona görə. Məlumatlıyam və prosesin Müsavatın bağlanmasına səbəb ola biləcəyinin fərqindəyəm. Çünki iddiaların bəziləri doğrudur, lakin bu doğrular təsdiqlənərsə, özü cəhənnəm, Müsavat bağlanacaq. Üstəlik, illərdir Müsavat və milli dəyərlərimizə qarşı düşmənlik edən xədicələr onun üstünə ayaq almasın, dost - düşmən bir donqili başqana görə Müsavatı alay yerinə qoymasın, təşkilat daha da dağılmasın deyə, hətta redaktor yazılarında dəstək belə verdirdim. Anlayan, qanan biri olsaydı, mərdimazar və kindar ürəyi imkan versəydi, batdığı yerdə ona uzanan xilas ağacını görə bilərdi. Görmək istəmədi...".

"Əlini mənə bəsdərəcik, yox, yox, mən səndən küsdərəcik..." - deyə, R.Arifoğlu fikrini tamamlayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cnayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında qaçaq yollarla Almaniyaya mühacir aparmaqda şübhəli bilinir.

Adı "mühacir alveri"ndə hallanan Müsavat Partiyasının sədri Arif Hacılı isə "Yeni Müsavat" qəzeti də daxil olmaqla media vasitələrini partiyaya qarşı əks təbliğat aparmaqda ittiham edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Rauf Arifoğlu
Digər xəbərlər
Rauf Arifoğlu deputatlığa namizədliyi ilə bağlı mövqeyini açıqladı
Siyasət 17 Sentyabr 2015 13:53
Rauf Arifoğlu: Xədicə İsmayılovanın intim həyatı haqqında məlumatları dərc etsək...
Siyasət 25 Avqust 2015 12:44
Rauf Arifoğlu bundan sonrakı fəaliyyətinə aydınlıq gətirdi
Siyasət 23 İyul 2015 15:26
Rauf Arifoğludan Əli Kərimliyə təhqiredici kollajla bağlı ultimatum
Siyasət 18 Dekabr 2014 13:52
Rauf Arifoğlu: Əli Kərimliyə yaxşılıq etmək şeytana yaxşılıq etmək kimi bir şeydir (MÜSAHİBƏ) (FOTO)
Siyasət 3 Dekabr 2014 16:40
Rauf Arifoğlu "Azadlıq" qəzetini və AXCP fəallarını məhkəməyə verir (ƏLAVƏ OLUNUB)
Siyasət 2 Dekabr 2014 17:58
Xəbər lenti
Şərqşünaslıq İnstitutu ilə Məhəmməd İbn Səud Universiteti arasında elmi əlaqələr yaradılır (FOTO)
Cəmiyyət 19:49
Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib
Siyasət 19:35
Rusiyalı ekspert: Ermənistan tərəfinin manipulyasiyaları danışıqlar prosesinə mane olur
Dağlıq Qarabağ Münaqişəsi 19:22
"BirKart"la Əbu-Dabiyə bilet qazanın
İqtisadiyyat 19:13
Paşinyan Ermənistanın keçmiş prezidentləri ilə ayrı-ayrılıqda haqq-hesab çürüdür
Siyasət 19:02
Qırğızıstanda hava çirklənməsinə görə etiraz aksiyası
Dünya xəbərləri 18:50
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
İqtisadiyyat 18:35
Yeni radio kanalının açılması ilə bağlı müsabiqə başa çatıb
Gündəm 18:25
BDYPİ əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılması ilə bağlı görüntülərə aydınlıq gətirib
Hadisə 18:11
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Rusiyalı ekspert: Ermənistan tərəfinin manipulyasiyaları danışıqlar prosesinə mane olur

Rusiyalı ekspert: Ermənistan tərəfinin manipulyasiyaları danışıqlar prosesinə mane olur

Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir
Milli inkişaf strategiyasının müəllifi
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri