...

Slovakiyanın "Eurovision" təmsilçisi musiqinin rok janrını yüksək qiymətləndirir (FOTO)

Eurovision-2012 Materials 16 May 2012 20:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Slovakiyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən Maks Cason Mai ən çox musiqinin rok janrını sevdiyini deyib.

Trend-in məlumatına görə, "Bakı Kristal Zalı"nda ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında müğənni musiqinin dünyanı dəyişə biləcəyinə inandığını vurğulayıb.

İdmanı, musiqini, mədəniyyət və incəsənəti sevdiyini deyən slovakiyalı təmsilçi bütün bu amilləri özündə birləşdirməyə çalışdığını deyib.

16 yaşından səhnədə olan Maks Cason Mai şou göstərməkdən, gözəl performans nümayiş etdirməkdən zövq aldığını və hər kəsin də könlünü oxşamaq istəyində olduğunu söyləyib.

Bütün Avropadakı fanatlarının bu musiqi yarışmasında onun qələbə qazanacağına inandıqlarını qeyd edən müğənni onlardan böyük dəstək aldığını deyib.

Xəbər lenti

Xəbər lenti