...

"Eurovision" iştirakçılarının ikinci məşqləri başlayıb

Eurovision-2012 Materials 17 May 2012 12:51 (UTC +04:00)
Bu gün "Bakı Kristal Zalı"nda "Eurovision 2012" mahnı müsabiqəsinin birinci yarımfinalının iştirakçılarının ikinci məşqləri başlayıb.
"Eurovision" iştirakçılarının ikinci məşqləri başlayıb

Azərbaycan, Bakı, 16 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Bu gün "Bakı Kristal Zalı"nda "Eurovision 2012" mahnı müsabiqəsinin birinci yarımfinalının iştirakçılarının ikinci məşqləri başlayıb.

Trend-in məlumatına görə, 13 ölkənin iştirak edəcəyi məşqlərə ilk olaraq müsabiqədə ifa edəcəyi "Euro Neuro" mahnısı ilə Monteneqro təmsilçisi Rambo Amadeus başlayıb.

Məşqlərdən sonra müğənnilər mətbuat konfransı keçirərək Bakı və məşqləri haqqında öz təəssüratlarını yerli və xarici jurnalistlərlə bölüşəcək və onları maraqlandıran sualları cavablandıracaqlar.

Gün boyu davam edəcək məşqlərdə həmçinin İslandiya, Yunanıstan, Latvia, Albaniya, Ruminya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San Marino, Kipr, Danimarkadan olan təmsilçilər iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti