...

"EuroVillage"də İtaliya, İspaniya, Almaniya və Fransanın "Eurovision 2012" təmsilçiləri çıxış ediblər

Eurovision-2012 Materials 22 May 2012 23:32 (UTC +04:00)
Bu gün "Eurovision 2012" mahnı müsabiqəsinin əsas məkanlarından biri olan "EuroVillage"də birbaşa finalda təmsil olunan ölkələrin təmsilçilərinin iştirakı ilə şou keçirilib.
"EuroVillage"də İtaliya, İspaniya, Almaniya və Fransanın "Eurovision 2012" təmsilçiləri çıxış ediblər

Azərbaycan, Bakı, 22 may /Trend/

Bu gün "Eurovision 2012" mahnı müsabiqəsinin əsas məkanlarından biri olan "EuroVillage"də birbaşa finalda təmsil olunan ölkələrin təmsilçilərinin iştirakı ilə şou keçirilib.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, açıq havadakı bu konsertdə Almaniya təmsilçisi Roman Lob, Fransa təmsilçisi Anqun, İspaniya təmsilçisi Pastora Soler, İtaliya təmsilçisi Nina Zilli müsabiqə mahnıları ilə bərabər repertuarlarındakı digər mahnıları da ifa ediblər. Şəhər sakinləri bu möhtəşəm ifaların sədaları altında rəqs edib, gözəl vaxt keçiriblər.

Qeyd edək ki, "EuroVillage" mayın 26-dək açıq havada təşkil olunacaq və bu məkanda hər gün maraqlı konsert proqramları təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti