"Rusiya və ABŞ-ın raket əleyhinə müdafiə sistemi ilə bağlı mövqeləri yaxınlaşmayıb, tərəflər danışıqları davam etdirirlər" - deyə çərşənbə günü jurnalistlərə RF XİN rəhbərinin müavini Sergey Kislyak bəyan edib, RİA-NOVOSTİ-nin məlumatında belə deyilir.
"Mən deyə bilmərəm ki, bizim mövqelərimiz yaxınlaşıb" - deyə o bildirib.
Diplomat məlumat verib ki, ABŞ və Rusiya arasında RƏMS-lə bağlı məsləhətləşmələr davam edir.
"Biz bu prosesin necə inkişaf edəcəyini izləyəcəyik. Məsləhətləşmələrin növbəti mərhələsi baş tutacaq" - deyə Kislyak bildirib.
2007-ci ilin iyun ayında "Böyük səkkizliy"in sammiti çərçivəsidə Rusiya Federasiyasının rəhbəri Vladimir Putin ABŞ-a Qəbələ RLS-dən birgə istifadə etməyi təklif edib. Prezident Azərbaycanda RƏMS-in yerləşdirilməsi ilə bağlı təklifin sistemin Polşa və Çexiya ərazisində yerləşdirilməsi ilə müqayisədə üstün olduğunu qeyd edib.