...

Iran İraqda kosulluğunu yenidən bərpa edib

Dünya xəbərləri Materials 7 Noyabr 2007 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ İran İraqın Süleymaniyyə şəhərində konsulluğunu yenidən bərpa edib. İranın İRNA agentliyinin noyabrın 7-də yaydığı məlumata əsasən, İran ötən iki gün ərzində İraqın Ərbil və Süleymaniyyə şəhərlərində konsulluqlarını bərpa edib. Hazırda rəsmi Tehranın Bəsrə, Kərbəla, Ərbil və Süleymaniyyə şəhərlərində konsulluğu var.

ABŞ hərbi qüvvələri 2007-ci il yanvarın 11-də İranın Süleymaniyyə şəhərindəki konsulluğuna daxil olaraq, 5 nəfər İran diplomatını tutub, həmçinin, konsulluqda olan kompüterləri və sənədləri zəbt ediblər. ABŞ bu şəxsləri "Terroristlərə yardım göstərmək" ittihamı ilə həbsdə saxlayıb.

İraqın isə, hazırda, İranda 3 konsulluğu fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti