...

Gürcüstan prezidenti Mixail Saakaşvili noyabrın 25-də istefa verəcək

Dünya xəbərləri Materials 22 Noyabr 2007 12:40 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxalia/ Gürcüstan prezidenti Mixail Saakaşvili noyabrın 25-də istefa verəcək. Bu barədə cümə axşamı Trend ə Gürcüstan Parlamentinin vitse-spikeri Mixail Maçavariani məlumat verib.

"Bu tarixə qədər isə prezident heç bir halda istefaya gedə bilməz, belə ki, o cümə və şənbə günləri bir çox görüşlər keçirməlidir. "Qızıl gül" inqilabının ildönümü münasibətilə ölkəyə prezidentlər gəlirlər" - deyə o bildirib.

İstefadan sonra Saakaşvili rəsmi olaraq seçkiqabağı kampaniyaya başlayacaq və 2008-ci il yavarın 5-də keçiriləcək növbədənkənar prezident seçkilərində ikinci müddətə namizədliyini irəli sürəcək.

Xəbər lenti

Xəbər lenti