...

İranın Təhlükəsizlik Şurasının sabiq sədri Misirə səfər edib

Dünya xəbərləri Materials 25 Dekabr 2007 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ İranın Təhlükəsizlik Şurasının sabiq sədri Əli Laricani Misirə səfər edib.

1970-ci ildən İran-Misir arasında diplomatik əlaqələr pozulub və indiyədək də mövcud olmayıb.

İranın Təhlükəsizlik Şurasının sabiq sədri Laricaninin Qahirəyə səfəri qeyri-rəsmi xarakter daşısa da, iki ölkə arasında diplomatik əlaqələrin bərpası məqsədi daşıyır. Misirin "Şərq əl-Əusat" Agentliyinin yaydığı məlumata əsasən, İran Parlamentinin spikeri Həddad Adel gələn ilin yanvar ayında Misirə rəsmi səfər edəcəkdir.

Keçən həftə Misirin XİN rəhbəri Əhməd Əbuğeyz "Əl-Ərəbiyyə" telekanalına verdiyi musahibədə bildirib ki, iki öklə arasında diplomatik əlaqələrin bərpası üçün əhəmiyyətli addımlar atılıb, lakin hələ də bəzi problemlər tam aradan qaldırılmayıb.

Xəbər lenti

Xəbər lenti