...

Gürcüstan və Avropa İttifaqının münasibətləri yeni mərhələyə qədəm qoyur- Qriqori Baramidze

Dünya xəbərləri Materials 5 Fevral 2008 19:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 fevral/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan və Avropa İttifaqının münasibətləri yeni mərhələyə qədəm qoyur. Bu barədə Gürcüstanda olan Avorpa İttifaqı "Üçlüyü" görüşlər sona çatdıqdan sonra Gürcüstanın Avroatlantik sturkturlara inteqrasiyası üzrə dövlət naziri, Baş nazirin müavini Qriqori Baramidze bəyanat verib.

Onun sözlərinə görə, ötən il Gürcüstan üçün Avorpa qonşuluq siyasətinin fəaliyyət planı çərçivəsində nəzərədə tutulan islahatların keçirilməsi ili olub. Bu il isə, yeni mərhələyə keçdikdən sonra prioritet, Avropa İttifaqının Gürcüstandakı münaqişələrin nizamlanmasında rolunun canlandırılması, yaxın vaxtlarda müzakirəsinə başlanacaq viza rejiminə keçid haqqında məsələnin həlli və azad ticarət məsələsi olacaq. Dövlət naziri, Gürcüstan və Avropa İttifaqı arasında azad ticarətlə əlaqədar araşdırmaların nəticələrinin martda hazır olacağını qeyd edib və Baramidze tərəflər arasında azad ticarət haqqında razılaşma üzrə danışıqların başlanması qərarının bu ilin ortalarında qəbul ediləcəyinə ümid edir.

Dövlət nazirinin qeyd etdiyi kimi, Gürcüstan üçün prioritetlərdən biri də qanunun aliliyidir. Çərşənbə axşamı keçirilən görüşdə Avropanın məhkəmə sisteminin dəyişdirilməsində roluna baxılıb. Baramidze Gürcüstanın cəmiyyətin etibar edəcəyi güclü, müstəqil və effektli məhkəməyə ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, keçirilən islahatlara baxmayaraq, etibarın qazanılmasına illər lazımdır.

"Gürcüstanın artıq bu mərhələdə etibara ehtiyacı olduğundan çıxış edərək, ölkə prezidenti presedentsiz təşəbbüs irəli sürüb və Avropa İttifaqının nümayəndələrindən Gürcüstana gürcü hakimlərlə birlikdə ilşlərə baxacaq avropalı hakimləri göndərməyi xahiş edib", - Baramidze qeyd edib. Onun sözlərinə görə, avropalı hakimlər iqtisadi məsələlərə baxacaqlar. Lakin onların bəzi cinayət araşıdırmalarında iştirakı mümkündür.

"Üçlük" üzvlərinə gəldikdə isə, Avropa İttifaqında sədrlik edən Sloveniyanın xarici işlər naziri Dmitri Rupel Avropa İttifaqının öz üzvlərinin və strateji tərəfdaşlarının olduğunu bildirib. Onun sözlərinə görə, Gürcüstan, məhz strateji tərəfdaşdır və İttifaq bu dövlətlə münasibətlərə böyük diqqət ayırır.

Xəbər lenti

Xəbər lenti