...

Venesuela, Ekvador və Kolumbiya arasında olan münaqişə çözüldü

Dünya xəbərləri Materials 8 Mart 2008 06:35 (UTC +04:00)

Ekvador, Venesuela və Kolumbiya prezidentləri cənubiamerika dövlətlərinin sammitində cümə günü bir birinin əlini sıxdılar və diplomatik böhranı çözmək barədə qərar qəbul etdilər.

Uzun çəkən debatlardan və bəzən sərt çıxışlardan sonra Latın Amerikası dövlətlərinin başçıları Dominikan respublikasında görüş zamanı kəskin böhranı aradan qaldırmağa müvəffəq oldular.

Böhrana səbəb Kolumbiyanın Ekvadorun suverenliyinin və ərazisində kolumbiyalı sol ekstremist qrupuna qarşı hərbi əməliyyatın keçirilməsi olmuşdur. Sərt siyasi böhrana qapanmış Kolumbiyanın və Ekvadorun prezidentləri - Alvaro Uribe və Rafael Korrea axırıncının təklifi ilə, ətrafda yığışanların gur alqış sədaları altında bir-birinin əlini sıxdılar.

Bundan sonra Venesuelanın prezidenti Uqo Çaves və Nikoraquanın prezidenti Daniel Orteqa Uribenin əlini sıxdılar.

Bu həftə, Ekvador və Nikaraqua hadisə ilə bağlı Kolumbiyayla əlaqələrini pozdular, Venesuala isə öz səfirliyini Kolumbiyada bağladı və kolumbiyalı səfiri çıxartdı.

Lakin, son görüş tərəflərin bir araya gəlməsinə yardımçı oldu. Bu barədə Qazeta.ru xəbər verir.

Xəbər lenti

Xəbər lenti