...

Serbiyanın prezidenti bu gün parlamentin buraxılması barədə sərəncam imzalayacaq

Dünya xəbərləri Materials 13 Mart 2008 06:01 (UTC +04:00)
Serbiyanın prezidenti bu gün parlamentin buraxılması barədə sərəncam imzalayacaq

Serbiyanın prezidenti Boris Tadiç cümə axşamı səhər saatlarında Skupşinanın (parlament) buraxılması və vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi barədə sərəncam imzalayacaq. Bu məlumatı prezidentin mətbuat xidməti təstiqləyib.

Beləliklə, Tadiç praktiki olaraq, qanunla ayrılmış 72 saatlıq limit vaxtını, qərarın qəbul edilməsinə istifadə edib. Gözlənilir ki, səs vermə 11 may günü olacaq, çünki bu gün Serbiyada yerli seçkilər keçiriləcək.

Bazarertəsi nazirlər kabineti ölkədə vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi barədə prezidentə müraciət etmişdir. Serbiyanın qanunvericiliyinə əsasən, Tadiç üç gün ərzində sərəncamı imzalamalı və ya onu imzalamaqdan imtina etdiyini bildirməlidir.

İmzaladıqdan sonra parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi barədə sərəncam parlamentin spikeri Oliver Duliçə çatdırılacaq. Ölkənin Konstitusiyasına əsasən, Skupşina başladığı qanun layihələrini yekunlaşdıra və ya hər hansı bir qərar qəbul edə bilər.

Vaxtından əvvəl prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə şənbə günü Serbiyanın baş naziri Voislav Koştuniüa çıxış etmişdir. Onun sözlərinə görə, koalisiya prinsipi ilə formalaşan, nazirlər kabinetində olan ziddiyyətlər, vacib məsələlərlə bağlı qərarların qəbul edilməsinə imkan vermir, o cümlədən Kosovonu Serbiya tərkibində saxlama problemində. RİA Novosti xəbər verir.

Xəbər lenti

Xəbər lenti