...

Türkiyənin nəbzi Vyanada döyünür

Dünya xəbərləri Materials 20 İyun 2008 03:36 (UTC +04:00)

Türkiyə, Ankara, 20 iyun / Trend , müxbir T.Əliyev/ Türkiyəni bu gün nə son 40 ildə ölkə daxilində ciddi əkscəbhələşməyə səbəb olan tələbə qızların universitetlərə baş örtüyü ilə daxil olub-olmaması məsələsi, nə Avropa Birliyi maraqlandırır.

İqtisadiyyatın vəziyyəti və inflyasiyanın ikirəqəmli həddə çatması haqqında danışmağa belə dəyməz. Bu gün bütün bu problemlər arxa plana keçib, hətta unudulub. Bu gün bütün diqqət Vyanaya, Türkiyə milli komandasının Avropa çempionatının dörtdə bir mərhələsində Xorvatıstanla keçirəcəyi görüşə yönəlib. Türkiyə milli komandasının xüsusi ilə qrup mərhələsinin son maçında Çex Cümhuriyyətinə 0-2 hesabı ilə məğlubikən son 15 dəqiqə ərzində 3 top vuraraq qələbəni və növbəti mərhələyə vəsiqəni qazanmasından sonra 70 milyonluq Türkiyə bu komandaya daha böyük ümidlər bəsləyir, burada əhalinin böyük əksəriyyəti Xorvatıstanla bu günkü görüşdə qələbəyə inanır.

Türkiyənin televiziya kanalları gün boyu milli komandanın sponsorlarından birinin reklam çərxini yayımlayır. Həmin reklam çərxində isə milli komandanın futbolçularının anaları їƏn böyük Türkiyə, başqa böyük yokї şüarını səsləndirirlər.

Xəbər buraxılışları dünənə qədər Türkiyənin Çex Cümhuriyyəti üzərindəki qələbəsi ilə bağlı materialla başlayırdı, aparıcılar və qəzetlər bu məsələyə müxtəlif aspektlərdən yanaşaraq, mövzunu günlər ərzində gündəlikdə saxlamağı bacardılar. Həmin maç dünən başdan sona qədər bir daha yayımlandı. Vurulan qollar gün boyu tərar nümayiş etdirilir. İş o yerə çatıb ki, televiziya kanallarında hava haqqındakı məlumatlar Türkiyə-Xorvatıstan maçının keçiriləcəyi Vyanadan başlayır.

Və nəhayət siyasətçilər daxili siyasətlə bağlı çıxışlarını son günlər milli komandanın son qələbəsi üzərində qururlar.

Baş nazir Rəcəb Tayib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasına qarşı ölkə daxilində atılan addımlara toxunaraq, tərəfdarlarını milli komanda kimi son nəfəsə qədər mübarizə aparmağa çağırıb. Baş nazirdən söz düşmüşkən, Ərdoğanın bu günkü maçı izləmək üçün Vyanaya getməsi gözlənilir. Prezident Abdulla Gülün də Vyanaya gedə biləcəyi bildirilmişdi.

Bir sözlə bu gün Türklərin dili ilə desək Türkiyənin nəbzi Vyanada döyünür.

Milli komandanın bir sıra aparıcı oyunçusu zədələr və əvvəlki oyunlarda aldığı sarı və qırmızı vərəqələrə görə meydançaya çıxa bilməyəcək. Çex Cümhuriyyəti ilə maçda qırmızı vərəqə alan qapıçı Volkan Dəmirəlin yerinə Rüştü oynayacaq. Keçən oyun 2-ci sarı vərəqəsini alan Mehmet Aurelionun olmaması da ciddi itki kimi qiymətləndirilir. Bununla yanaşı, zədəli olmasına baxmayaraq əvvəlki maçlarda çıxış edən müdafiəçi Sərvət Çətinin də bu gün meydançaya çıxa bilməyəcəyi bildirildi.

Bütün itkilərə baxmayaraq, Türklər milli komandanın yarımfinala çıxacağına inanırlar. Hətta bununla bağlı bəzi narahatçılıqlar da var. Belə ki, tanınmış jurnalist Hıncal Uluçun ölkənin aparıcı qəzetlərindən biri olan їSabahї qəzetində dərc edilən məqaləsinin їİnşallah məğlub olarıqї şəklindəki səllövhəsi diqqəti cəlb edir. Məqalədə Türkiyənin keçən maçdakı qələbəsi qeyd edilərkən, müxtəlif şəhərlərdə bəzi vətəndaşların öz silahları ilə atəş açması nəticəsində yaralananların olduğu xatırladılır. 10 yaşındakı bir qız uşağının hələ də xəstəxanada ağır vəziyyətdə olduğu bildirilir. Hıncal Uluç məqalənin başlığı ilə Türkiyə qələbə qazanarsa, azarkeşləri silahdan istifadə etməməyə çağırır. Milli komandanın baş məşqçisi Fatih Terim də analoji çağırışla azarkeşlərə müraciət edib. Terim Avstriyda keçirdiyi mətbuat konfransında yarımfinala vəsiqə qazanaraq, ilk dəfə belə bir uğur qazanmaq istədiklərini qeyd edib.   

Xəbər lenti

Xəbər lenti