...

İssık Göldə türkoloqların Forumu işə başlayıb

Dünya xəbərləri Materials 4 Avqust 2008 15:11 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 04 avqust / Trend , müxbir R.Мəşədihəsənli/ İssık Göldə öz işinə başlayan I Beynəlxalq Türkoloji Forumda dünyanın müxtəlif yerlərindən cox sayda türkoloq alimlər, tədqiqatçılar iştirak edirlər. İki gün davam edəcək Forumda "Türk dilinin ortaq dil olması və bunun elmi cəhətdən izahı", "Ortaq türk mədəniyyəti", "Türk xalqlarının ortaq ədəbiyyatı", "Qədim türk əlyazmaları", "Türk xalqlarının tarixi, etnoqrafiyası, arxeologiyası və ortaq memarlıq" və sair mövzular ətrafında geniş müzakirələr aparılacaq.

I Beynəlxalq Türkoloji Forum Türk Dünyası Mühəndislər və Memarlar Qurultayının son qərarına əsasən keçirilir.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti