Gürcüstan, Tbilisi, 05 avqust / News , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) Gürcüstan-Abxaziya münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində iştirakının fəallaşdırılması barədə qərarını alqışlayır. Bu barədə XİN-in rəsmi bəyanatında bildirilir.
"Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsindən Gürcüstanın Xarici İşlər Nazirliyinə, Abxaziyada münaqişənin nizamlanması prosesində Aİ-nin rolunun artırılması ilə əlaqədar təklifin hazırlanması barədə məlumat verilib. Gürcüstan separatçı münaqişələrin nizamlanmasında beynəlxalq ictimaiyyətin rolunun gücləndirilməsini əks etdirən bu addımı alqışlayır", - deyə sənəddə bildirilir.
Orada qeyd olunub ki, Aİ-nin qərarı, məqsədi sülh prosesində Rusiyanın hörmətdən düşmüş inhisarının qarşısının alınması tendensiyasının təzahürüdür.
Rusiyanın üstün tutduğu mövcud sülhməramlı format münaqişənin nizamlanması üzrə iki daha vacib problemin həllini təmin etmədi: bir neçə yüz min qaçqın və məcburi köçkünün təhlükəsiz şəkildə geri qayıtması və etnik abxazların maraqları nəzərə alınmaqla, Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpa olunması.
Bu 14 il ərzində Abxaziya regionu faktiki olaraq, Rusiya tərəfindən idarə olunur. Abxaziyada 2000 - dən çox vətəndaş öldürüldü və heç bir qaçqın öz yaşayış yerinə qayıtmadı.
Son aylar ərzində aydın oldu ki, Rusiya münaqişə tərəfinə çevrilərək, bir sıra təcavüzkar fəaliyyətlər həyata keçirib ki, məqsəd regionun iqtisadi, hüquqi və hərbi cəhətdən zəbtindən ibarətdir. Nəticədə, Gürcüstan və bütün beynəlxalq ictimaiyyət Cənubi Qafqazda vəziyyətin destabilləşdirilməsi və hərbi qarşıdurma təhlükəsi qarşısında qaldı.
Gürcüstan XİN beynəlxalq ictimaiyyətin böhranın həlli və münaqişənin nizamlanması prosesində köklü dəyişikliklərə yönələn səylərini alqışlayır.
Gürcüstan XİN ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb və Fransanın xarici işlər naziri Bernar Kuşnerin Gürcüstana planlaşdırılan səfərlərini də alqışlayır.
Biz, həmçinin, BMT-nin Qiymətləndirmə Qrupunun Abxaziyada baş verən hadisələrin qiymətləndirmə prosesindən də razıyıq.
Bütün bunlar düzgün istiqamətdə - mövcud səmərəsiz formatın dəyişdirilməsi və Rusiya inhisarının başa çatdırılması istiqamətində atılan addımdır.
Gürcüstan hökuməti bu təşəbbüslərdən razılığını bildirirərək, bəyan edir ki, yeni sülhməramlı proses əsasında destabilləşdirici amillər ilə tanışlıq və onların kökünün kəsilməsi durmalıdır. Qeyd olunan amillər bunlardır: Gürcüstanda Rusiya Silahlı Qüvvələrinin olması (Onların hansı adı daşımasından asılı olmayaraq - "sülhməramlılar", "desantçılar", "silahsız dəmir yolu qoşunları") və Rusiya prezidentinin Abxaziyanın kütləvi zəbtinə əsas yaradan 16 aprel tarixli fərmanı.
Xarici İşlər Nazirliyi münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə bütün şərtləri kənara qoyaraq, həm Rusiya hökuməti, həm də separatçılar ilə dialoqu davam etdirmək niyyətində olduğunu yenidən təsdiq edib".