...

Ukrayna prezidenti İtaliyaya rəsmi səfərə yola düşüb

Dünya xəbərləri Materials 8 Oktyabr 2008 16:37 (UTC +04:00)

Ukrayna, Kiyev, 08 oktyabr/ Trend , müxbir Z.Novosvitski/Ukrayna prezidenti Viktor Yuşşenko İtaliya Respublikasına iki günlük rəsmi səfərə yola düşüb.

Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, səfərin proqramında çərşənbə günü Yuşşenkonun Romada prezidenti Corcio Napolitano, Senatın sədri Renato Cuzeppe Skifani, parlamentin deputatlar Palatasının sədri Canfranko Fini, Nazirlər Kabinetinin sədri Silvio Berluskoni ilə görüşləri və digər tədbirlər nəzərdə tutulub.

Danışıqlarda Ukrayna dövlət rəhbəri Kiyevin Avropa və Avratlantik kursunun rəsmi Roma tərəfindən dəstəklənməsi məsələsini müzakirə etmək niyyətindədir. Söhbət  Ukraynanın Şimali Atlantika Alyansı xarici işlər nazirlərinin dekabrda keçiriləcək iclasında NATO - ya  üzvlük üzrə Fəaliyyət Planına qoşulmaqdan və  Parisdə keçirilmiş Ukraya - Aİ son sammitinin siyasi razılaşmalarının həyata keçirilməsindən gedir. Tərəflər ticarət - iqtisadi və sərmayə əməkdaşlığının dərinləşdirilməsi və enerji sahəsində  qarşılıqlı əlaqə yollarını da müzakirə edəcəklər.

Prezident sabah Kiyevə dönəcək.  

Xəbər lenti

Xəbər lenti