İsrail və Almaniya nüvə raketlərini aşkarlama sistemini işləyib hazırlayırlar, bazar ertəsi "Jerusalem Post" qəzeti Defense News nəşrinə istinadən yazıb.
Layihəçilər sistemin işlənib hazırlanması zamanı hücumçu dövlətin raket atəşi aça və bu sırada adi raketlərlə yanaşı nüvə başlıqlı mərmilərdən də istifadə edə biləcəyini nəzərə alıblar və belə ssenarini əngəlləməyə cəhd göstəriblər.
"Lacivərd quş" adlanan sistem nüvə yükü olan raketi digərlərindən seçə bilən infraqırmızı ötürücülərin təcrübi nümunəsinə əsaslanır, - Defense News məlumat verir. Sistemin ciddi məxfilik şəratində işlənib hazırlanması, çox güman ki, növbəli nüvə başlıqlı raketlərə malik olan İranın İsrailə mümkün zərbəsinə reaksiyadır.
Nəşrin Pentaqon məmurundan verdiyi sitatda deyilir ki, İsrail artıq nümayiş olunan modeldən əlavə, belə ötürücülər almaq arzusunda olduğunu da bəyan edib. Bu ötürücülər İsrail Hərbi Hava Qüvvələrinin ölkə sərhədlərində vəziyyətin müşahidəsini həyata keçirən pilotsuz təyyarələrində yerləşdiriləcək.
Lakin Tel-Əviv universiteti yanında milli təhlükəsizlik məsələləri üzrə araşdırma mərkəzinin rəhbəri Emil Landaunun fikrincə, yeni aşkarlama sisteminə, İsrailin nüvəyə malik İranının mövcudluğu ilə barışmasının sübutu kimi baxmaq düzgün deyil.
O deyib ki, İsrailin təhlükəyə reaksiya verməsində təəccüblü heç nə yoxdur, amma ümumiyyətlə bu iki faktın bir-birilə əlaqəsi yoxdur. "Biz beynəlxalq ictimaiyyətin İranı nüvə proqramından çəkindirmək iqtidarında olmasına şübhə etmirik, bununla bağlı heç bir əlamət yoxdur", - Landau söyləyib.
Onun sözlərinə görə, İsrailin raketdənmüdafiə proqramı uzunmüddətli proqramdır. "İsrail raketdənmüdafiə sisteminə sərmayə qoyur və gələcək ssenarilər palnlaşdırır. İsrail konkret halda İranın nüvə təhlükəsilə bağlı bütün variantları planlaşdırır", - Landau söyləyib.