...

Ukrayna parlamentində yaradılan koalisiya - fırıldaqdır - Viktor Yuşşenko

Dünya xəbərləri Materials 21 Dekabr 2008 23:55 (UTC +04:00)

Ukraynanın Ali Radasında bu gün 226 səs toplaya biləcək koalisiya yoxdur (parlamentdə hər hansı bir qərarın qəbulu üçün lazım olan), bazar günü "İnter" telekanalına müsahibəsində prezident Viktor Yuşşenko bəyan edib.

Bir neçə ay ərzində Ukrayna parlamentində bir çox deputatların işə gəlməməsi 9 dekabr yeni koalisiyanın yaradılması bərədə bəyan olunmuşdur. Yaradılan koalisiyaya Yuliya Timoşenko Bloku, prezident yönlü "Bizim Ukrayna - Xalq özünümüdafiəsi" fraksiyası və Litvina Bloku daxildir. Dekabrın 16-da bu fraksiyalar saziş imzalamışlar. BUXÖ-dən koalisiyaya qoşulmaq istəyini 72 deputatdan 37 bildirmişdir. Bundan sonra BUXÖ-nun lideri Veçaslav Kirilenko istefaya verdi. Koalisiyanın formalaşdırmasına baxmayaraq ona cəmi 214 mandat daxildir.

"Ukrayna parlamentində yaradılan koalisiya - fırıldaqdır", - Yuşşenko deyib.

Xəbər lenti

Xəbər lenti