...

HƏMAS və Qahirə atəşin dayandırılması və bütün sərhədlərin açılması barədə razılıq əldə ediblər

Dünya xəbərləri Materials 16 Yanvar 2009 15:17 (UTC +04:00)

HƏMAS və Təl-Əviv İsrailin Qəzzəyə hücumlarına son qoyacaq atəşkəsə dair sənədin imzalanması barədə razılıq əldə ediblər. Bu barədə "Əş-şark Əl Ausat" ərəb saytı məlumat verib.

Sazişin əsas bəndləri şənbə günündən başlayaraq atəşkəs barədə qarşılıqlı sazişin imzalanması,  Qəzzədə əsas təhlükəsizlik tədbirlərinin tətbiqi, İsrail qoşunlarının tam olaraq çıxarılması, Rəffah sərhəd buraxılış məntəqəsinin açılması və HƏMAS ilə İsrail arasında bir il müddətinə sülh barədə müqavilənin imzalanmasından ibarətdir.

Qəzzə Zolağında qruplaşma üzvlərinə qarşı İsrailin apardığı əməliyyatlar artıq üç həftədir ki, davam edir. Hərbi əməliyyatlar nəticəsində 322 uşaq və 76 qadın daxil olmaqla 1100-dən çox fələstinli həlak olub. Fələstin mənbələrinin məlumatına görə yaralıların sayı 5000 nəfərə çatır.

BMT tərəfindən atəşin dərhal kəsilməsi barədə qəbul edilən 1860 saylı Qətnaməyə baxmayaraq, İsrail ordusu Qəzzə Zolağının daxilinə doğru irəliləməkdə davam edir. Dünən İsrailin hücumları zamanı BMT-nin Fələstinlilərə Yardım Agentliyi (UNRWA) atəşə məruz qalıb. Agentlikdən verilən məlumata görə, nəticədə qurum fəaliyyətini dayandırmağa məcbur olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti