...

Qırğızıstanda bazanın bağlanması "həllini tapmamış məsələ"dir - ABŞ müdafiə naziri

Dünya xəbərləri Materials 20 Fevral 2009 18:47 (UTC +04:00)

Qırğızıstanda ABŞ aviabazasının bağlanması haqqında qərar "həllini tapmamış məsələdir", - deyə ABŞ-ın müdafiə naziri Robert Qeyts bildirib.

Bu bəyanat, rəsmi Bişkekin ABŞ hərbçilərinin altı ay ərzində aviabazanı tərk etməsi barədə əmrindən sonra verilib. Əfqanıstanda aparılan əməliyyatlar ABŞ və NATO üçün həlledicidir, - "Associated Press" agentliyi xəbər verir.
Bu addım Əfqanıstanda silahlanmanın gücləndirilməsi niyyətində olan ABŞ-ın planlarına mane olur.
Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyi cümə günü ABŞ səfirliyinə "Manas"  bazasının bağlanması ilə bağlı xəbərdarlıq məktubu göndərildiyini bəyan edib. Bəyanata əsasən, Amerika hərbçiləri 180 gün ərzində bazanı tərk etməlidirlər. ABŞ rəsmiləri amerikalıların Mərkəzi Asiyadan sıxışdırılıb çıxarılması cəhdləri ilə Rusiyanın əlaqəsinin olmasına inanır.

Bişkek öz hərəkətini onunla əsaslandırır ki, Qeyts tərəfindən bu məsələyə baxılmaq təklif olunsa da Birləşmiş Ştatlar baza üçün kifayət qədər icarə haqqı vermir. 

Xəbər lenti

Xəbər lenti