...

RƏM elementlərinin Avropada yerləşdirilməsi ideyası dolayısı ilə Rusiyaya qarşı yönəlib - Dmitri Medvedev

Dünya xəbərləri Materials 1 Mart 2009 13:30 (UTC +04:00)
RƏM elementlərinin Avropada yerləşdirilməsi ideyası dolayısı ilə Rusiyaya qarşı yönəlib - Dmitri Medvedev

RF prezidenti Dmitri Medvedev güman edir ki, Buş administrasiyasından fərqli olaraq ABŞ-ın yeni administrasiyası RƏM elementlərinin Avropada yerləşdirilməsi məsələsinə daha "yaradıcı" yanaşma sərgiləyəcək. Medvedev bu problemi prezident Obama ilə "iyirmiliyə" daxil olan ölkələrin Londonda apreldə keçiriləcək sammitində müzakirə etmək niyyətindədir. Bunu Rusiya prezidenti Madridə səfəri öncəsi ispaniyalı jurnalistlərə açıqlamasında bildirib.

Medvedev qeyd edib ki, RƏM elementlərinin Avropada yerləşdirilməsi aktual deyil və bu, Rusiya tərəfindən məyusluqla qarşılanır.

"Çünki bu ideya bilavasitə olmasa da, dolayısı ilə Rusiyaya qarşı yönəlib" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti