...

Iranın Cənub Pars qaz layihəsinin 9 və 10-cu fazalarının açılışı olub

Dünya xəbərləri Materials 13 Mart 2009 13:53 (UTC +04:00)

İranın Cənub Pars qaz layihəsinin 9 və 10-cu fazalarının açılış mərasimi cümə günü İran prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə İranın Buşehr əyalətində keçirilib. Bu barədə İranın MEHR agentliyi məlumat yayıb.

İran prezidenti Əhmədinejad cümə günü Buşehr əyalətinə səfər edərək, Cənub Pars qaz layihəsinin 9 və 10 -cu fazalarının açılışını edib. 9 və 10-cu fazaların açılışı ilə Cənub Pars qaz layihəsi 65 fazi təkmilləşir.

Cənub Pars qaz layihəsinin 9 və 10-cu fazaları hazırda bu layihənin 6ı, 7 və 8-ci fazalarının qazını emal edir, gündəlik 50 milyon kubmetr qaz və 80 min barel qaz-kondensat istehsalı, ildə 2900 ton maye qaz, 2900 ton etan və 400 ton kükürd emalı nəzərdə tutulub. 

Bu fazaların istehsalının illik gəliri bir milyard 300 milyon dollar olacaq.

Layihənin reallaşması üçün ötən üç il yarım ərzində 4 milyard dollar sərmayə yatırılıb.

Xəbər lenti

Xəbər lenti