...

Mixail Saakaşvili Avropa komissarı ilə Gürcüstan və Avropa İttifaqı münasibətlərini müzakirə edəcək

Dünya xəbərləri Materials 20 Mart 2009 11:39 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 mart / Trend , müxbir N.Kirtsxaliya / 

Brüsseldə səfərdə olan Gürcüstan Prezidenti Mixail Saakaşvili cümə günü xarici əlaqələr və qonşuluq siyasəti məsələləri üzrə Avropa komissarı Benito Ferrero-Valdner ilə görüşəcək.
Gürcüstanın Prezident Administrasiyasından verilən məlumata görə, görüş zamanı azad ticarət və Gürcüstan ilə Avropa İttifaqı ölkələri arasında güzəştli viza rejimi məsələləri, həmçinin Gürcüstan-Rusiya münaqişəsinin nəticələri müzakirə olunacaq.
Gürcüstan Prezidenti şənbə günü Avropa forumunda iştirak edəcək və burada Gürcüstanda olan hərbi vəziyyətə dair məruzə ilə çıxış edəcək. 

Dünən Saakaşvili rəhbərlik etdiyi "Gürcüstan Milli Hərəkatı"nın üzvü olduğu Avropa Xalq Partiyasının forumunda iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti