...

Rusiyanın "Tupolev" şirkəti İranla birgə təyyarə istehsal edəcək

Dünya xəbərləri Materials 1 Aprel 2009 13:45 (UTC +04:00)

Rusiyanın təyyarə istehsal edən "Tupolev" şirkəti rəhbərinin birinci müavini İran və Rusiya arasında təyyarə istehsalı sahəsində yaxşı əməkdaşlığın mövcud olduğunu və iki ölkənin bu sahədə əməkdaşlığı daha da inkişaf etdirməsi ilə bağlı istəyini bildirib.

""Tupolev" Rusiyanın ən boyük təyyarə istehsal edən şirkətidir və İran İslam Respublikası ilə əməkdaşlığını inkişaf etdirmək niyyətindədir", - deyə Rusiyanın təyyarə istehsal edən "Tupolev" şirkəti rəhbərinin birinci müavini Sergey Qalperin çərşənb günü İranın İRNA agentliyinə müsahibəsində bildirib.

Qalperin əlavə edib ki, hazırda İran və Rusiya arasında "Topolev" təyyarələrinin satışı ilə bağlı ikitərəfli müzakirələr aparılır.

Onun sözlərinə görə, hazırda İranın təyyarə istehsalı sənayesi təşkilatı və "Tupolev" şirkəti arasında 100 ədəd "Tupolev-204" tipli təyyarənin satışı ilə bağlı müzakirələr aparılır. "Bu təyyarələrin əksəriyyəti İranda quraşdırılacaq", - deyə Qalperin bildirib.

Xəbər lenti

Xəbər lenti