...

Keçmiş SSRİ dövlətləri Rusiya və ya ABŞ arasında müttəfiq seçimi qarşısında qalmamalıdırlar - Sergey Lavrov

Dünya xəbərləri Materials 9 Aprel 2009 12:14 (UTC +04:00)
Keçmiş SSRİ dövlətləri Rusiya və ya ABŞ arasında müttəfiq seçimi qarşısında qalmamalıdırlar - Sergey Lavrov

Rusiya və ABŞ keçmiş SSRİ dövlətlərini birmənalı qaydada müttəfiq seçimi qarşısında qoymamalıdır, gizli "gündəlik" olmamalıdır. Bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bildirib.

"Onları (keçmiş Solvet ölkələrini) ya siz bizimləsiz, ya da bizə qarşısız kimi yalan seçim qarşısında qoymaq yolverilməzdir, əks təqdirdə, bütün bunlar ümumilikdə nüfuz sahəsində mübarizəyə gətirib çıxaracaq və bunu Rusiya xarici siyasətinə aid etməyə can atırlar. Biz bununla məşğul olmuruq. Biz hamı ilə bərabər, qarşılıqlı faydalı münasibətlərin inkişafı ilə məşğul oluruq", - deyə cümə axşamı RİA Novosti, "Russia Today" telekanalı və "Qolos Rossii" radiostansiyasına müsahibəsində Lavrov bildrib.

Xəbər lenti

Xəbər lenti