...

Türkiyədə polislə silahlı qruplaşma arasında toqquşma baş verib (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 27 Aprel 2009 13:31 (UTC +04:00)
Türkiyədə polislə silahlı qruplaşma arasında toqquşma baş verib (YENİLƏNİB-2)

Türkiyədə İstanbulun Kadıköy bölgəsində polislə silahlı şəxslər arasında toqquşma baş verib. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib. Polisin terrorçulara qarşı keçirdiyi əməliyyat sona çatıb terrorçu məhv edilib.

CNN TÜRK telekanalının verdiyi məlumata görə, silahlı toqquşma zamanı doqquz  polis əmkdaşı həlak olub, yeddisi isə yaralanıb. Terrorçuların açdığı atəş nəticəsində bir nəfər mülki şəxs həlak olub, Türkiyənin NTV telekanalının operatoru yaralanıb.

İstanbul valisi Müəmmər Gülərin verdiyi məlumata görə, bu əməliyyat Türkiyədə milliyyətçi və kommunist qruplara qarşı keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti