...

Türkiyə ümid edir ki, ATƏT-in Minsk Qrupunun işi Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək - XİN başçısı

Dünya xəbərləri Materials 2 İyul 2009 15:09 (UTC +04:00)
Türkiyə ümid edir ki, ATƏT-in Minsk Qrupunun işi Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək - XİN başçısı

"Türkiyə ümid edir ki, ATƏT-in Minsk Qrupunun işi tezliklə Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək ki, bu da regionda sabitlik və təhlükəsizliyə gətirib çıxaracaq", - Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu RF XİN rəhbəri Sergey Lavrov ilə birgə mətbuat konfransında deyib, "Vesti" telekanalı məlumat verib.

"Biz ATƏT-in Rusiyanın həmsədri olduğu Minsk Qrupunun işini diqqətlə izləyirik və ümid edirik ki, onların işi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə kömək edəcək", - Davudoğlu bildirib.

O əlavə edib ki, Turkiyə Rusiya ilə birgə Rusiya-Türkiyə maraqlarının kəsişdiyi Qafqazda sülh və sabitliyin bərqərar olmasına can atacaq. Ona görə də tərəflər Türkiyənin "Qafqazda təhlükəsizlik və sabitlik platforması"nın həyata keçirilməsi imkanlarını nəzərdən keçirirlər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"Bu gün bizim Qafqaz və Yaxın Şərqdəki problemləri nəzərdən keçirmək üçün daha böyük imkanlarımız yaranıb", - Davudoğlu deyib.

Rusiya və Türkiyə 2008-ci il sentyabrının ortalarında "Qafqazda təhlükəsizlik və sabitlik platforması"nın yaradılması üzrə planın realizəsinə başlayıblar. Məqsəd Rusiya və Türkiyənin Qafqazda Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan arasındakı ərazi münaqişələrinin tezliklə həll edilməsidir.

Xəbər lenti

Xəbər lenti