...

İranın təhlükəsizliyini təhlükə altına qoyan hər kəsin qarşısı alınacaq - Xamenei

Dünya xəbərləri Materials 11 Sentyabr 2009 14:42 (UTC +04:00)
İranın təhlükəsizliyini təhlükə altına qoyan hər kəsin qarşısı alınacaq -  Xamenei

İranın Ali lideri Ayətullah Əli Xamenei bildirib ki, İran İslam Respublikasının rejimə müxalif olanlarla heç bir problemi yoxdur. "Rejimin təhlükəsizliyini təhlükə altına qoyanların qarşısı alınacaq", - deyə Xamenei cümə günü Tehranda cümə namazı xütbələrində bildirib. Onun çıxışı İRİNN xəbər kanalı ilə canlı yayımlanıb.

Xamenei deyib ki, İran İslam İnqilabının əvvəlindən indiyədək dəfələrlə ölkə rəsmiləri arasında fikir ayrılıqları yaranıb. "Fikir ayrılıqlarının olması təbiidir, lakin bəzən bu fikir ayrılıqları İslam Respublikası rejiminin əsaslarına qarşı olur. Belə olduqda rejim həmin şəxslərə qarşı tədbirlər görəcək", - deyə Xamenei deyib.

Mahmud Əhmədinejad iyunun 12-də İranda keçirilən prezident seçkilərində qələbə qazanıb. Məğlub olan müxalifət lideri Mir Hüseyn Musəvinin tərəfdarları hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb və nəticələrin ləğvini tələb ediblər. Tehranda baş verən kütləvi iğtişaşlarda 27 nəfər həlak olub, yüzə yaxın şəxs yaralanıb.

Xəbər lenti

Xəbər lenti