...

Ankara-Yerevan münasibətlərinin normalaşdırılması prosesi dəstəklənə bilməz – türkiyəli ekspert

Dünya xəbərləri Materials 10 Oktyabr 2009 14:42 (UTC +04:00)
Düzgün olmayan əsasda hazırlanan Türkiyə-Ermənistan münasibətlərinin normalaşdırılması prosesi dəstəklənə bilməz, bu barədə enerji eksperti Fərrux Demirmenin Turkish Forum saytında dərc olunan məqaləsində deyilir.
Ankara-Yerevan münasibətlərinin normalaşdırılması prosesi dəstəklənə bilməz – türkiyəli ekspert

ABŞ, Nyu-York, 10 oktyabr / Trend , K.Paşayeva /

Düzgün olmayan əsasda hazırlanan Türkiyə-Ermənistan münasibətlərinin normalaşdırılması prosesi dəstəklənə bilməz, bu barədə enerji eksperti Fərrux Demirmenin Turkish Forum saytında dərc olunan məqaləsində deyilir.

Protokollar Ermənistanın münasibətlərin normalaşdırılmasına zidd olan addımlar atacağına zəmanət vermir. Türkiyə hökuməti özünü öz qərarları tələsinə sürükləyir, Demirmen belə hesab edir.

Türkiyə və Ermənistan oktyabrın 10-da münasibətlərin normalaşdırılmasına dair müqavilə imzalayacaq, bu barədə Trend agentliyinə müsahibəsində Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan bildirib.

ABŞ-ın üç əsas türk təşkilatı Amerika-Türk Assosiasiyaları Assambleyası, Amerika-Türk Koalisiyası və Amerika Türk Assosiasiyaları Federasiyası Ermənistan-Türkiyə münasibətlərinin normalaşdırılması prosesini dəstəkləyərək bunu regionda sülh addımı, həmçinin erməni lobbisinin anti-türk fəaliyyətini dayandırmaq cəhdi kimi qiymətləndirib, Turkish Forum yazır.

Lakin türkiyəli analitik Demirmen öz məqaləsində qeyd edir ki, hazırkı formada normalaşdırma prosesi əsassızdır və ətraflı düşünülməmişdir, və buna görə də dəstəklənə bilməz. Ekspertin fikrincə, protokol yalnız ümumi tərəfləri əks etdirir, bu zaman Türkiyə və Ermənistan arasındakı əsas problemlərin həlli üçün hansı komkret addımların atılacağı göstərilmir.

İki ölkə arasında münasibətlərin normalaşdırılması və sərhədlərin açılması prosesinə bağlı ilkin şərtlər yoxdur, ekspert hesab edir. Baxmayaraq ki, sərhədlərin açılması ilk növbədə Ermənistanın xeyrinədir, protokol bu ölkədən heç bir güzəşt tələb etmir, Demirmen bildirib.

"Soyqırım" problemi və Dağlıq Qarabağ münaqişəsi iki ölkə arasında əsas həll edilməyən məsələlərdir, lakin bu yaxınlara kimi Ermənistanın düşmənçilik davranışları Türkiyəni hiddətləndirirdi, türkiyəli analitik yazır.

Baxmayaraq ki, protokolda "soyqırım"ın araşdırılması üzrə xüsusi komissiyanın yaradılması barədə qeyd olunur, sənəddə bu məsələnin necə nəzərdən keçiriləcəyi barədə göstərilmir, Demirmen belə hesab edir.

Ekspert yazır ki, bu proses sərhədlər açıldıqdan sonra da bir neçə il ərzində davam edə bilər. Çünki erməni diasporası "soyqırım"ın tanınmasıda yenə də israr edəcək.

Bundan başqa, erməni KİV-lərinə görə, ölkə hakimiyyəti bu komissiyanın fəaliyyətinin "soyqırım" faktının sübutu ətrafında cəmləndirməsinə israr edəcək.

Türk analitiki Demirmen prezident Serj Sarkisyanın ABŞ-a olan son səfərində çıxışıı zamanı "Ermənistan və diaspora bir ailədir və soyqırımın tanınması uzun müddət gözlədiyimiz qələbə olacaq" deməsini xatırladır.

Demirmeninin fikrincə, Ermənistanın mövqeyi aydındır və bu heç də əlaqələrin normallaşdırılmasına yönəlməyib.

Ekspert yazır ki, protokolda Dağlıq Qarabağ məsələsi aydın deyil. Sənəddə regional barışığın vacibliyinə və ixtilafın aradan qaldırılmasına işarə olunur, amma Dağlıq Qarabağ münaqişəsi barədə konkret heç nə deyilmir. BMT-nin qətnamələrinə baxmayaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalına son verilməsi, həmçinin azərbaycanlı qaçqınlar və erməni təcavüzkallığının digər günahsız qurbanları barədə sənəddə heç nə qeyd edilmir.

Müəllif Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Moskvadakı çıxışı zamanı "Dağlıq Qarabağ məsələsi heç vaxt Türkiyə ilə danışıqlar prosesinə daxil edilməyib və edilməyəcək də" deməsini xatırladır.

Demirmen hesab edir ki, hər bir halda, Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarla uzandığı müddətdə Türkiyə-Ermənistan sərhədləri açılacaq.

Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normalaşdırılması Türkiyənin qardaş Azərbaycana qarşı münasibətində xain addım ola bilər və Azərbaycan xalqı tərəfindən inamın itirilməsinə səbəb ola bilər.

Azərbaycan-Türkiyə münasibətlərində nifaq "Şah Dəniz" yatağının inkişafınnın ikinci mərhələsində hasil edilən qaz ixracı dax daxil olmaqla, enerji layihələrinə də toxunacaq, ekspert hesab edir. Demirmenin fikrincə, Bakı-Tbilisi-Ceyhan borukəməri ilə neft nəqli ixtisar edilə bilər.

Xəbər lenti

Xəbər lenti