...

İran Parlamenti gələn həftə yeni Nazirlər Kabinetinin səs toplamayan digər namizədlərinin müzakirəsinə başlayacaq

Dünya xəbərləri Materials 4 Noyabr 2009 12:34 (UTC +04:00)
Gələn həftə (noyabrın 11-də) İran Parlamenti yeni Nazirlər Kabinetinə təqdim olunmuş və səs toplaya bilməyən təhsil, sosial müdafiə və energetika nazirləri vəzifəsinə namizədlərin müzakirəsinə başlayacaq.
İran Parlamenti gələn həftə yeni Nazirlər Kabinetinin səs toplamayan digər namizədlərinin müzakirəsinə başlayacaq

Gələn həftə (noyabrın 11-də) İran Parlamenti yeni Nazirlər Kabinetinə təqdim olunmuş və səs toplaya bilməyən təhsil, sosial müdafiə və energetika nazirləri vəzifəsinə namizədlərin müzakirəsinə başlayacaq. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

"Bu gün (çərşənbə günü) prezident Əhmədinejadın Təhsil, Sosial Müdafiə və Energetika nazirliklərinə namizədlərin təqdim olunmsı haqda Parlamentə ünvanladığı məktub oxunacaq və gələn həftənin çərşənbə günü onların səlahiyyətləri müzakirəyə çıxarılacaq", - deyə İran Parlamentinin Rəyasət Heyətinin üzvi Məhəmmədrza Mirtacəddini bildirib.

Əhmədinejad təhsil naziri vəzifəsinə hazırda parlament nümayəndəsi olan Həmidrza Hacibabayini, sosial müdafiə naziri vəzifəsinə sabiq daxili işlər naziri Sadiq Məhsulini və energetika naziri vəzifəsinə isə hazırda Energetika Nazirliyinin rəhbəri olan Məcid Namcu təqdim edib.

Əhmədinejad İranda iyunun 12-də keçirilmiş prezident seçkilərində qalib gəlib. Müxalifətin məğlub lideri Mir Hüseyn Musəvinin tərəfdarları hökuməti səsvermənin nəticələrini təhrif etməkdə ittiham edib və nəticələrin ləğvinə çağırıblar. Tehranda kütləvi iğtişaşlarda 27 nəfər həlak olub, təxminən min nəfər həbs edilib.

İranın Nəzarət Şurasının keçirdiyi səslərin yenidən qismən hesablanması yekun nəticələrə təsir etməyib. Prezident seçkilərinin qalib Əhmədinejad elan olunub. Yeni Nazirlər Kabinetinin səlahiyyəti avqust ayında müzakirəyə çıxarılıb, təhsil, energetika və sosial müdafiə nazirlərindən başqa bütün nazirlər lazım olan səsi toplayıblar.

Xəbər lenti

Xəbər lenti