...

İran "hava-hava" tipli yeni istilik raketlərinin istehsalına başlayıb - İran HHQ komandiri

Dünya xəbərləri Materials 14 Noyabr 2009 10:51 (UTC +04:00)
İranın Hərbi Hava Qüvvələrinin (HHQ) komandiri General Həsən Şahsəfi bildirib ki, yeni "hava-hava" tipli istilik raketlərinin istehsalına başlanılıb və bu genişmiqyaslı istehsalı Müdafiə Nazirliyi həyata keçirir.
İran "hava-hava" tipli yeni istilik raketlərinin istehsalına başlayıb - İran HHQ komandiri

İranın Hərbi Hava Qüvvələrinin (HHQ) komandiri General Həsən Şahsəfi bildirib ki, yeni "hava-hava" tipli istilik raketlərinin istehsalına başlanılıb və bu genişmiqyaslı istehsalı Müdafiə Nazirliyi həyata keçirir. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Yeni istehsal olunmuş istilik raketlərinin sınaq mərhələsi sona çatıb və geniş şəkildə istehsala başlanılıb. "Raket "hava-hava" tiplidir və İran HHQ tərəfindən istehsal olunub", - Şahsəfi deyib.

Şahsəfi əlavə edib ki, istehsal olunmuş istilik raketinin uçuş məsafəsi 100 kilometrdir. "Sınaqlar zamanı raketin uçuş məsafəsi 40 kilometr idi, lakin bu məsafəni artırmaq imkanı vardı", - o deyib.

Şahsəfi əlavə edib ki, Hərbi Hava Qüvvələri radardan yayına bilən təyyarələrin layihələndirilməsi işini başa çatdırıb və bu təyyarələrin kiçik ölçüdə ilkin nümunələrinin istehsalına başlanılıb. "Radardan yayına bilən təyyarə sınaqdan keçdikdən sonra genişmiqyaslı istehsala başlanılacaq. Ümid edirəm ki, ilin sonuna təyyarənin üzərində bütün təhqiqat və sınaqlar başa çatacaq", - Şahsəfi deyib.

Xəbər lenti

Xəbər lenti