...

"Əl-Qaidə" Türkiyəni Əfqanıstanın işğalına dəstək verməkdə günahlandırır

Dünya xəbərləri Materials 23 Fevral 2010 16:50 (UTC +04:00)
"Əl-Qaidə" terror təşkilatında ikinci adam olan Əymən əz-Zəvahiri Türkiyəni İslam dünyasına xəyanətdə və Əfqanıstanın Qərb ölkələri tərəfindən işğal edilməsinə dəstək verməkdə günahlandırır.
"Əl-Qaidə" Türkiyəni Əfqanıstanın işğalına dəstək verməkdə günahlandırır

"Əl-Qaidə" terror təşkilatında ikinci adam olan Əymən əz-Zəvahiri Türkiyəni İslam dünyasına xəyanətdə və Əfqanıstanın Qərb ölkələri tərəfindən işğal edilməsinə dəstək verməkdə günahlandırır. Bu barədə CNN Turk saytı yazır.

Əz-Zəvahirinin Türkiyənin əfqan ordusuna təlim keçirilməsi üçün bu yaxınlarda Əfqanıstana əsgər göndərməsi ilə əlaqədar səsi eşidilən videoyazı terror təşkilatının saytında yerləşdirilib.

Yanvarın sonunda Türkiyənin 16 vilayətində "əl-Qaidə" beynəlxalq terror şəbəkəsinin Türkiyə özəyinin fəaliyyəti ilə əlaqəli olmaqda şübhəli bilinən 120 nəfər saxlanılıb.

Axtarışlar nəticəsində saxlanılan şəxslərin evlərindən iri həcmdə silah və partlayıcı maddələr, həmçinin "əl-Qaidə"nin fəaliyyət və planlarına aid mühüm sənədlər aşkar olunub.

Xəbər lenti

Xəbər lenti