...

İran XİN "Cundullah" liderinin həbs olunmasını təkzib edən Qırğızıstan səfirini çağırıb

Dünya xəbərləri Materials 2 Mart 2010 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart / Trend , müxbir R.Daraxşan/

İran Xarici İşlər Nazirliyi Qırğızıstan aviaşirkətinə məxsus təyyarənin göyərtəsində "Cundullah" qruplaşmasının lideri Əbdülmalik Riqinin həbs edilməsi faktını təkzib edən Bişkekə etirazını bildirmək məqsədi ilə Tehrandakı Qırğızıstan səfirini çağırıb. Bu barə Press TV məlumat verib.

İran XİN-nin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bazar ertəsi bəyan edib ki, Riqinin Qırğızıstana məxsus təyyarənin göyərtəsində həbs edildiyinə dair sübutlar var.

Mehmanpərəst Qırğızıstanı terrorizmlə mübarizədə beynəlxalq hüquqlara hörmət etməyə dəvət edib.

Qırğızıstan Xarici İşlər Nazirliyi fevralın 23-də "Qırğızıstan" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində olan xarici vətəndaşın həbs edilməsi haqqında məlumatı təkzib edib.

Əvvəl verilən məlumata əsasən, İran HHQ-nə məxsus iki qırıcı təyyarə Dubay-Bişkek reysi ilə uçan Qırğızıstan aviaşirkətinə məxsus kiçik təyyarənin İranın cənub şərq hissəsində enməsini tələb edib. Təyyarə yerə endikdən sonra İran təhlükəsizlik qüvvələri təyyarənin göyərtəsinə daxil olaraq "Cundullah" terror qruplaşmasının lideri Əbdülmalik Riqini həbs ediblər. İran hökuməti "Cundullah"ı kütləvi qətl törətməkdə, silahlı soyğun, oğurluq, partlayışlarda və təxribatlarda ittiham edir. "Cundullah" qruplaşmasının ABŞ və Böyük Britaniyanın xüsusi xidməti ilə əlaqələri var.

Xəbər lenti

Xəbər lenti