...

Türkiyədə şəhərin meri – hakim partiyanın üzvü öldürülüb

Dünya xəbərləri Materials 10 Mart 2010 15:19 (UTC +04:00)
Türkiyənin Amasya vilayətində silahlı hücum nəticəsində Esençay şəhərinin meri və hakim partiya olan "Ədalət və İnkişaf" Partiyasının üzvü İlhan Ardunç öldürülüb.
Türkiyədə şəhərin meri – hakim partiyanın üzvü öldürülüb

Türkiyənin Amasya vilayətində silahlı hücum nəticəsində Esençay şəhərinin meri və hakim partiya olan "Ədalət və İnkişaf" Partiyasının üzvü İlhan Ardunç öldürülüb. Bu barədə "Hürriyət" yazır.

49 yaşlı Ardunç öz evinin qarşısında güllələnib. Onu xəstəxanaya çatdırsalar da, həkimlər həyatını xilas edə bilməyib. Qətl üzrə araşdırmalar davam etdirilir.

Ardunç mer vəzifəsini ikinci dəfə icra edirdi və AKP-nin regional şöbəsinin üzvü idi.

Xəbər lenti

Xəbər lenti