...

Türkiyənin İsveçə cavabı çox sərt olacaq - XİN rəhbəri

Dünya xəbərləri Materials 13 Mart 2010 11:59 (UTC +04:00)
Ankaranın İsveç Parlamentinin "erməni soyqırımı"nı tanımasına cavabı çox sərt olacaq. Finlandiyada qeyri-rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu belə deyib. Bu barədə CNN Turk yazır.
Türkiyənin İsveçə cavabı çox sərt olacaq - XİN rəhbəri

Ankaranın İsveç Parlamentinin "erməni soyqırımı"nı tanımasına cavabı çox sərt olacaq. Finlandiyada qeyri-rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu belə deyib. Bu barədə CNN Turk yazır.

ABŞ Konqresində "erməni soyqırımı" haqqında qərar qəbul edildikdən bir həftə sonra, İsveç Parlamenti də bir səs çoxluğu ilə qondarma "soyqırım"ı tanıyan sənədi təqdir edib.

İsveç Parlamentinin və ABŞ Konqresinin "soyqırım"a dair qətnaməni qəbul etməsinə etiraz olaraq, rəsmi Ankara həmin ölkələrdəki səfirlərini geri çağırıb. Türkiyə XİN rəhbəri İsveç Parlamentinin qərarını səhv adlandırıb və əlavə edib ki, Türkiyə öz ünvanına səslənən ittihamlarla heç zaman barışmayacaq.

"Bu ("soyqırım" ittihamı), Türkiyə üçün prinsipial məsələdir", - Davudoğlu deyib. Onun sözlərinə görə, İsveç Parlamentinin qərarı o dərəcədə səhv və qeyri-düzgün olub ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Stokholma səfərini ləğv edib.

Cümə günü axşam məsləhətləşmələr üçün geri çağırılmış Türkiyənin İsveçdəki səfiri Zerun Koruttürk Ankaraya gəlib. Türkiyəli səfir İstanbulda jurnalistlər qarşısındakı çıxışında Stokholm və Ankara arasında münasibətlərin pisləşməsindən təəssüfləndiyini bildirib. O deyib ki, İsveçə nə zaman qayıdacağı hələlik məlum deyil.

İsveç tərəfi bu məsələyə öz münasibətini bildirərək bəyan edib ki, "erməni soyqırımı"na dair qətnamənin qəbulu Türkiyə - Ermənistan münasibətlərinin normallaşmasına yönələn addımlara ciddi zərbə vuracaq.

İsveçin XİN rəhbəri Karl Bildt tarixi hadisələri siyasiləşdirməməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti