...

Ərəb ərazilərinin işğalı məsələsində İranın İsrail ilə müqayisə olunması əsassızdır - İran XİN-in nümayəndəsi

Dünya xəbərləri Materials 21 Aprel 2010 15:28 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirlikləri xarici işlər nazirinin Fars körfəzindəki üç ada məsələsinə dair İranın İsrail ilə müqayisə olunması barədə bəyanatları əsassızdır və düzgün deyil. Məlumatı MEHR agentliyi İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəstə istinadən yayıb.
Ərəb ərazilərinin işğalı məsələsində İranın İsrail ilə müqayisə olunması əsassızdır - İran XİN-in nümayəndəsi

Birləşmiş Ərəb Əmirlikləri xarici işlər nazirinin Fars körfəzindəki üç ada məsələsinə dair İranın İsrail ilə müqayisə olunması barədə bəyanatları əsassızdır və düzgün deyil. Məlumatı MEHR agentliyi İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəstə istinadən yayıb.

Mehmanpərəst BƏƏ-nin xarici işlər naziri Abdulla bin Zayid Al Nəhyanın bəyanatı ilə bağlı İranın rəsmi mövqeyini açıqlayıb. Al Nəhyan deyib ki, ərəb ərazilərinin işğalı məsələsində İran və İsrail arasında heç bir fərq yoxdur. Onun sözlərinə görə, necə ki İsrail Cövlan yüksəkliklərini, Qərb sahilini, Qəzza bölgəsini və Livanın cənubunu işğal edib, İran da Fars körfəzində üç adanı - Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarını işğal edib. Ərəb ölkələrinin bildirdiyinə görə, bu adalar BƏƏ-yə məxsusdur.

Al Nəhyanın sözlərinə görə, BƏƏ ərəb torpaqlarının işğalında İran və İsrail arasında heç bir fərq görmür, çünki bu, qanunsuzdur və İslam prinsiplərinə ziddir. BƏƏ-nin XİN rəhbəri əlavə edib ki, üç ada ətrafında mübahisəli məsələdə barışmaz mövqe tutan İran problemin birbaşa danışıqlar və ya beynəlxalq məhkəmə yolu ilə həlli məqsədilə Əmirliklərin istənilən təşəbbüsündən imtina edir.

İran XİN-in nümayəndəsi Mehmanpərəst bu bəyanatı inkar edib və İsrailin siyasətinə işarə edərək deyib ki, Tehran hər zaman İslam dünyasında regionda mümkün təhlükələrə qarşı əməkdaşlığın qurulmasına can atıb.

"Dostlar arasında anlaşılmazlıq danışıqlar yolu ilə aradan qaldırıla bilər. Mən BƏƏ-yə məsləhət görərdim ki, İsrailin xeyrinə olan bəyanatlarla çıxış etməsin", - o bildirib.

1971-ci il sazişinə görə, strateji Hörmüz boğazının yaxınlığında yerləşən Böyük Tunb və Kiçik Tunb adaları Fars körfəzində İran ərazisinə aiddir, Əbu Musaya nəzarəti isə Tehran və Əbu Dabi birgə həyata keçirməlidir. Lakin BƏƏ ərəb ölkələrinin əksəriyyətinin dəstəyi ilə bu sazişi tanımaqdan imtina edir və həmin adaların ərəb ərazilərinə məxsus olduğunu bildirir.

Ərazi mübahisələrinə baxmayaraq, ölkələr arasında möhkəm iqtisadi əlaqələr var. BƏƏ Fars körfəzində İranın iri ticarət tərəfdaşıdır. Ərəb KİV-nin məlumatına görə, BƏƏ-də 400 minə yaxın iranlı yaşayır.

Xəbər lenti

Xəbər lenti