...

İranda şaquli qalxan və enən pilotsuz təyyarələr istehsal olunub

Dünya xəbərləri Materials 29 Aprel 2010 18:13 (UTC +04:00)

İran "Nəsr 1001" adı verilən ilk pilotsuz şaquli qalxan və enən təyyarə istehsal edib. Bu barədə İranın IRINN telekanalının rəsmi saytı məlumat verir.

RPV-VTOL modelinin yaradılmasında beş professor və Kirman əyalətinin müstəqil universitetinin üç tələbəsi işləyiblər.

Hazırda modelləşdirmə, istehsal və sınaq mərhələsi başa çatmaq üzrədir.

Təyyarə 3 kilometr yüksəkliyə şaquli istiqamətdə qalxmaq, havada qalmaq, həm suda, həm də quruda enmək imkanına, yükdaşıma, eyni zamanda, video və fotoçəkiliş imkanlarına malikdir.

Xəbər lenti

Xəbər lenti